İspaniyanın "Deportivo" klubunun baş məşqçisi Antonio İdalqo La Liqa çərçivəsində "Barselona" ilə qarşılaşma öncəsi fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, İdalqo komandasının əsas məqsədinin elitada qalmaq olduğunu bildirib:

"Rəqibin güclü tərəflərini başa düşməli və ümid etməliyik ki, hazırlığımız onlarınkını üstələyəcək. Əsas məqsədimiz divizionda qalmaqdır. Mövsümün əvvəlində qarşımıza bu tapşırığı qoymuşduq və həmin istiqamətdə irəliləməyə davam etməliyik".

Qeyd edək ki, 13 turdan sonra "Deportivo" 15 xalla turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.