Misli Premyer Liqasının XIII turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, AFFA Hakimlər Komitəsinin müraciəti əsasında atılan bu addım VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədi daşıyır.
Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağındakı fəaliyyəti yalnız təlim və müşahidə xarakterli olacaq. Onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.
Cari turda AVAR-2 təyinatları:
"Neftçi" - "Zirə"
AVAR-2: Fəridə Lütfəliyeva
"Sabah" - "Araz-Naxçıvan"
AVAR-2: İslam Məmmədov
"Qarabağ" - "Sumqayıt"
AVAR-2: Niyaz Əhmədov


