EuroLeague-in növbəti turunda "Olimpiakos"la qarşılaşan "Hapoel Tel-Aviv"in baş məşqçisi Dimitris İtudis oyun zamanı fasilədə oyunçularına sərt şəkildə irad bildirib. İtudis ikinci hissədə komandasının zəif çıxışından narazı qalıb və oyunçulara ciddi xəbərdarlıq edib.

Offsideplus.az xəbər verir ki, fasilə zamanı məşqçi belə deyib: "Daha ciddi olun! Mən sizdən mübarizə aparmağı, əzmkarlıq göstərməyi istəyirəm! [Dan Oturaya müraciətlə] Əgər bacarmırsansa, de, problem yoxdur, başqa biri oynayar. İstəmirsən ki, danışım? [İş Ueynrayta stul verir] Otur, indi səni dinləmək istəyirəm! Siz hələ burada üz-göz də edirsiniz, bu nə hərəkətdir?! Bunu etməyin! Mən sizdən mübarizə aparmağı xahiş edirəm!" Qarşılaşmada "Hapoel Tel-Aviv" 79:104 hesabı ilə uduzub və son altı oyunda beşinci məğlubiyyətini alıb. Oyundan sonra İtudis bildirib ki, komanda dördüncü hissədə tamamilə təslim olub: "Dördüncü hissədə göstərdiyimiz oyun qəbuledilməz idi. Bu, biabırçılıqdır. Oyun uduzulsa da, biz sadəcə təslim olduq. Oyunda qalmaq və rəqibə problem yaratmaq imkanımız var idi, lakin çoxlu top itkilərinə yol verdik. 21 top itkisi ilə qalib gəlmək mümkün deyil. Rəqibə bütün hörmətimlə, biz daha güclü oynamalı idik".