"Mançester Yunayted" portuqaliyalı yarımmüdafiəçi Bruno Fernandeşin müqaviləsindəki uzadılma bəndini işə salıb.
Offsideplus.az xəbər verir ki, bununla da 32 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Klub yayda Fernandeşin mümkün gedişini istisna etmir, lakin onu azad agent kimi buraxmaq niyyətində deyil. Qeyd edək ki, daha əvvəl Bruno Fernandeş "Mançester Yunayted"in yeni müqavilə təklifini rədd etdiyini təsdiqləmişdi.


