Yunanıstanın "Olimpiakos" klubu amerikalı basketbolçu Tayler Dorsinin transferi ilə bağlı "PAOK"dan gələn təklifi qəbul etməyib.

Offsideplus.az xəbər verir ki, Dorsi oktyabr ayının ortalarından bəri klubun rəhbərliyi ilə sosial şəbəkələrdə yaşanan münaqişədən sonra meydançaya çıxmır. Baş məşqçi Yorqos Barçokas oyunçunun heyətə qayıtmasına maneə görmədiyini, lakin ondan kluba qarşı düzgün münasibət və hörmət tələb etdiyini bildirib. İnsayder Matteo Andreaninin məlumatına görə, "PAOK" Dorsinin keçidi üçün təxminən 1 milyon avro və əlavə oyunçular təklif edib. "Olimpiakos" bu təklifi rədd edib. Dorsi bu mövsüm EuroLeague-də orta hesabla 18,4 dəqiqəyə 12,6 xal, 1,6 ribaund və 1,4 assist göstərib, üçxallıq atışlarda isə 40,7 faiz dəqiqliklə fərqlənib. Onun Yunanıstan pasportuna sahib olması transfer bazarında dəyərini artırır.