UFC-nin ən yüngül çəki dərəcəsində titul iddiaçısı Manel Kape çempion Coşua Vanı adi döyüşçü adlandırıb.

Offsideplus.az xəbər verir ki, Kape bu barədə açıqlamasında belə deyib: "Biz fərqli səviyyədəyik. Mən bir pillə yuxarıdayam. Məncə, o, adi döyüşçüdür. Adi zərbəçi, adi idmançıdır. Mən isə böyük döyüşçüyəm".

Kape və Van arasında qarşılaşma UFC 336 turnirində baş tutacaq. Döyüş 30 yanvar tarixində Torontoda keçiriləcək və əsas qarşılaşma olacaq.