Trent Aleksander-Arnoldun “Real Madrid”də gələcəyi sual altındadır.

Offsideplus.az xəbər verir ki, İspaniyanın “Sport” nəşrinin məlumatına görə, klub rəhbərliyinin futbolçunun çıxışları ilə bağlı şübhələri artıb.

İngiltərə millisinin üzvü komandada müntəzəm oyun şansı qazanmaqda çətinlik çəkir. Baş məşqçi sağ cinah müdafiəsində daha çox Federiko Valverdenin xidmətindən yararlanır. Bundan əlavə, Denzel Damfrisin də Madrid klubunun transfer gündəmində olduğu bildirilir.

Belə bir vəziyyətdə Aleksander-Arnoldun sabiq klubu “Liverpul”a qayıtması mümkün variantlardan biri kimi müzakirə olunur. Lakin hələlik bununla bağlı konkret razılaşma yoxdur.

Qeyd edək ki, Ronald Arauxo hazırda “Liverpul”da icarə əsasında çıxış edir. Bu səbəbdən mersisaydlıların keçmiş ulduzunu geri qaytarmaq istəyib-istəməyəcəyi maraq doğurur.