“Sanderlend” azarkeşlərlə bağlı araşdırmaya başladı: 7 nəfər saxlanılıb. 

Offsideplus.az xəbər verir ki, “Sanderlend” Avropa Liqasında “Yagelloniya” ilə 1:1 hesablı heç-heçə etdiyi oyunda baş verən insidentlə bağlı araşdırmaya başlayıb.

Polşa klubunun azarkeşlərinin stadiona girişinə qadağa qoyulsa da, təxminən 100 nəfərin “Stadium of Light”ın ev sahibi komandanın azarkeşləri üçün ayrılmış sektoruna daxil olduğu bildirilir.

Matçın əvvəlində azarkeşlər arasında qarşıdurma yaşanıb. Polis və təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edib. Nəticədə 7 nəfər saxlanılıb, xəsarət alan olmayıb.

“Sanderlend” qonaq komandanın azarkeşlərinin bilet məhdudiyyətlərinə əməl etmədiyini bildirərək onların stadiona necə daxil olduqlarını araşdırır.