MMA ulduzu Konor Makqreqor 2026-cı ildə UFC-də ən çox dopinq testindən keçən döyüşçü olub.

Offsideplus.az xəbər verir ki, o, il ərzində ümumilikdə 15 dəfə yoxlamaya cəlb edilib. Siyahıda ondan sonrakı pillələrdə 9 testlə Entoni Ernandes və Manel Kape, 8 testlə isə Ramazan Temirov və Luis Felipi Dias qərarlaşıblar.

Qeyd edək ki, Makqreqor 2026-cı ildə yalnız bir dəfə oktaqona çıxıb və UFC 329 turnirində Maks Holloueyə ilk raundda texniki nokautla məğlub olub. Hazırda məşqlərə yenidən başladığını açıqlayan döyüşçü özünü yaxşı hiss etdiyini bildirib: "Dizim artıq yüklənməyə hazırdır, gücüm geri qayıdır".