“Nyukasl”ın müdafiəçisi Sven Botman sükan arxasında telefondan istifadə etdiyi üçün 6 ay müddətinə avtomobil idarə etmək hüququndan məhrum edilib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu Nyukasl Magistrates Məhkəməsində günahını etiraf edib. Ona 6 cərimə balı yazılıb.
Bundan əlavə, Botman 900 funt sterlinq cərimələnib, 400 funt məhkəmə xərci və 360 funt əlavə ödəniş etməyə məcbur edilib.


