"Aston Villa" Alejandro Qarnaçonun icarə müqaviləsinə yanvar ayında xitam verməyi nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, Argentina millisinin üzvü Unay Emerinin rəhbərliyi altında kifayət qədər oyun şansı əldə edə bilmir.
Onun icarə müqaviləsində müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə 42,5 milyon funt sterlinqə məcburi satınalma bəndi də yer alır.
Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən klublar futbolçunun yanvarda transferi ilə bağlı artıq sorğular göndəriblər. Lakin mümkün keçid üçün "Çelsi"nin razılığı tələb olunur.


