"Liverpul" və "Real Madrid" "Brayton"un qapıçısı Bart Ferbrüqgeni transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Niderland millisinin üzvünün transferinin gələn yay 68 milyon avroya başa gələ biləcəyi bildirilir.

24 yaşlı qapıçının klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Çelsi" və "Mançester Yunayted" də futbolçunun transferi ilə maraqlanan klublar sırasındadır.

"Liverpul" Alisson Bekerin gələcəyini dəyərləndirir. "Real Madrid" isə Ferbrüqgeni Tibo Kurtuanın mümkün varisi kimi nəzərdən keçirir.