"Hapoel" Beer-Şeva Avropa Liqasında "Beşiktaş"la keçirilən qarşılaşmada azarkeşlərinin təhlükəsizliyinin təmin olunmasına görə Gürcüstan polisinə təşəkkür edib.

Offsideplus.az xəbər verir ki, Batumidə baş tutan görüşdə türkiyəli və israilli azarkeşlər arasında insident yaşanıb və matç bir müddətlik dayandırılıb. "Hapoel"in rəsmi açıqlamasında qeyd olunub: "Bizim və azarkeşlərimizin təhlükəsizliyinə qayğı göstərən, hər kəsin evinə salamat qayıtmasını təmin edən bütün qurumlara təşəkkür edirik. Gürcüstan hüquq-mühafizə orqanlarına və Batumi şəhərinə qonaqpərvərliyə və tam təhlükəsizliyə görə xüsusi minnətdarlığımızı bildiririk. İsrail Futbol Assosiasiyasının sədri Şino Zuarç və Beer-Şeva meri Rubik Daniloviç də axşam və gecə boyu bizimlə daimi əlaqədə olublar. Xarici İşlər Nazirliyinə və digər yerli, eləcə də İsrail təhlükəsizlik xidmətlərinə də təşəkkür edirik. Ən böyük təşəkkürümüz isə bizi stadionda dəstəkləyən və sevgisini göstərən azarkeşlərimizədir. Hər birinizə ürəkdən minnətdarıq".