PSJ "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresin transferi ilə bağlı yeni sorğular göndərib.

Offsideplus.az xəbər verir ki, "Arsenal" da argentinalı futbolçunun vəziyyətini yaxından izləyir.

Lakin Madrid təmsilçisi 25 yaşlı hücumçunun yanvar ayında satılmayacağını açıq şəkildə bəyan edib. Alvaresin özü də klubdan ayrılmaq niyyətində deyil.

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone futbolçunu komandada saxlamaq istəyir. Alvares son 10 oyununda 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.