Misli Premyer Liqasında bu gün Qərb derbisi baş tutacaq.
Offsideplus.az xəbər verir ki, "Turan Tovuz" "Kəpəz"i qəbul edəcək.
Hər iki komanda uğurlu mövsüm keçirir.
"Turan Tovuz" 24 xalla 3-cü, "Kəpəz" isə 18 xalla 6-cı yerdədir.
Qeyd edək ki, tərəflər 3 gün sonra Azərbaycan Kubokunda da üz-üzə gələcək.
MPL, XIII tur
28 noyabr (şənbə)
16:30 “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu


