Misli Premyer Liqasında XIII turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, son çempion "Sabah" bu gün "Araz-Naxçıvan"ı qəbul edəcək.
Naxçıvan təmsilçisi cari mövsüm çempionatda qələbə qazana bilməyən yeganə komandadır.
Tərəflər arasındakı ilk dövrədəki oyunda "bayquşlar" 1:0 hesablı qələbə qazanıb.
"Sabah" 24 xalla 2-ci yerdədir. "Araz-Naxçıvan" isə 4 xalla sonuncu - 12-ci yerin sahibidir.
MPL, XIII tur
28 noyabr (şənbə)
19:00 “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sabah Arena”


