Xabi Alonso "Çelsi"nin müdafiədəki problemləri barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 12-ci turunda "Çelsi" səfərdə "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzub. Görüş zamanı London klubunun azarkeşləri müdafiəçi Uesli Fofanaya etiraz ediblər. Fofananın Liəm Delapa qarşı etdiyi qayda pozuntusu rəqibin qapısına penalti ilə nəticələnib.
"Şübhəsiz, biz daha yaxşı oynaya bilərik. Bu səviyyədə nəticə qazanmaq və bu qədər qol buraxmamaq lazımdır. Məhz buna görə uduzuruq", – Alonso bildirib.
Uesli Fofananın vəziyyəti ilə bağlı Alonso deyib: "Biz hər bir oyunçunu dəstəkləməliyik. Çətin dövr yaşayırıq, birlikdə olmalıyıq".
Problemin həlli barədə isə Alonso belə danışıb: "Mən futbola yalnız belə yanaşıram. Nəsə alınmayanda işləməyə davam etmək və çıxış yolu axtarmaq lazımdır. İndi hər şey bizim əleyhimizədir, amma vəziyyət dəyişə və uğur bizə tərəf dönə bilər".


