"Çelsi" İngiltərə Premyer Liqasında bu mövsüm qələbədən çox məğlubiyyət alıb.
Offsideplus.az xəbər verir ki, Xabi Alonso rəhbərliyi altında London klubu XII turda "Nottingem Forest"ə 2:3 hesabı ilə uduzub. Bu, "Çelsi"nin cari çempionatda altıncı məğlubiyyəti olub. Komandanın aktivində beş qələbə və bir heç-heçə var.
Hazırda "Çelsi" turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb və yaxın rəqiblərindən bir oyun artıq keçirib. Turun sonunda London təmsilçisi 13-cü yerə qədər geriləyə bilər.


