Emanuel Emega İngiltərə Premyer Liqasının 12-ci turunda "Nottingem Forest"ə qarşı keçirilən oyunda dubl edib. Qarşılaşma "Çelsi"nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı hücumçu "Çelsi"nin heyətində Premyer Liqada ardıcıl 3 oyunda 3 qol vurub. Maraqlıdır ki, Emega hələ bir dəfə də olsun tam oyun keçirməyib. Bu gün ikinci hissədə meydana daxil olan futbolçu, "Sanderlend"lə matçda 87-ci dəqiqədə oyuna qoşulub, "Lids"lə qarşılaşmada isə ilk qolunu vurduqdan sonra 64-cü dəqiqədə əvəzlənib.


