NBA Kubokunun qrup mərhələsi başa çatıb və yarışın pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşib. Hər iki konfransda qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi olan komandalar 1/4 finala vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, Şərq konfransında "Detroit Pistons", "Filadelfiya Seventi Siksers", "Atlanta Hoks" və "Boston Seltiks", Qərbdə isə "Dallas Maveriks", "Portland Treyl Bleyzers", "Memfis Qrizlis" və "San Antonio Spurs" pley-offda mübarizə aparacaq. 1/4 final oyunları 4 və 5 dekabrda keçiriləcək. Yarımfinal mərhələsi isə 8 və 9 dekabrda baş tutacaq. Final qarşılaşması 11 dekabrda İndianapolisdəki Hinkle Fieldhouse-da oynanılacaq. Qeyd edək ki, finaldan başqa bütün oyunlar 2026–27 mövsümünün rəsmi nəticələrinə təsir edəcək.