Fransanın gənc ulduzu Viktor Vembanyama yayda keçiriləcək FIBA Dünya Kubokuna böyük ümidlərlə hazırlaşır. "San Antonio Spurs"un "Los Anceles Leykers" üzərində qazandığı qələbədən sonra fransız mərkəz oyunçusu jurnalistlərə açıqlamasında qarşıdakı beynəlxalq turniri diqqət mərkəzində saxladığını bildirib.

Offsideplus.az xəbər verir ki, Vembanyama Dünya Kubokunun final mərhələsini səbirsizliklə gözlədiyini deyib: "Əlbəttə, əsas məqsəd Fransa millisində iştirak etdiyim hər turnirdə qalib gəlməkdir. Bu turnir həm də Olimpiadaya vəsiqə xarakteri daşıyır, bunu da nəzərə alırıq". Həmin gün Fransa yığması Avropa seçmə mərhələsində 8–1 nəticə ilə Dünya Kubokuna vəsiqəni təmin edib.

Müsahibə zamanı söhbət ABŞ millisinə də yönəlib. Vembanyama bildirib: "Düşünürəm ki, hər il onları məğlub etmək üçün kifayət qədər güclüyük. Əvvəlki nəsil artıq qrup mərhələsində ABŞ-ı məğlub edib". O əlavə edib ki, Fransa millisi hər yarışa yalnız qızıl medal üçün qatılır.

Qeyd edək ki, bu həftəsonu "San Antonio Spurs"un qələbəsi komandanı 2026–27 mövsümündə 16–4 nəticəsinə çatdırıb və "Emirates NBA Cup 2026"nın dörddəbir finalına vəsiqə qazandırıb.