Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

Offsideplus.az xəbər verir ki, son turda paraqvaylı Xuan Sebastian Melianla heç-heçə edən 15 yaşlı təmsilçimiz 11 oyundan 8,5 xal toplayıb.

Qeyd edək ki, Xaqan Əhməd yarışın qalibi olan hindistanlı İtan Vazdan cəmi yarım xal geri qalıb.