"Mançester Yunayted" Premyer Liqanın XII turunda "Brentford"u qəbul edib.

Offsideplus.az xəbər verir ki, "Old Trafford"da keçirilən qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə "Mançester Yunayted" 1937-ci ildən bəri ilk dəfə evdə "Brentford"a məğlub olub.

Həmin vaxt mankunianlar rəqibinə 1:3 hesabı ilə uduzmuşdu. Sonrakı illərdə "Mançester Yunayted" "Brentford"a qarşı evdə səkkiz dəfə ardıcıl qələbə qazanmışdı.