Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya səfəri çərçivəsində Azərbaycan Güləş Federasiyasının (AGF) ofisində qonaq olub.

Offsideplus.az xəbər verir ki, görüş zamanı UWW rəhbərinə federasiyanın fəaliyyəti, rəqəmsal idarəetmə sistemlərinin inkişafı, vahid məlumat bazasının yaradılması, eləcə də videoanaliz və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində reallaşdırılan layihələr barədə ətraflı məlumat təqdim edilib.

Nenad Laloviç AGF-nin innovativ yanaşmasını yüksək qiymətləndirərək görülən işləri təqdir edib. Tərəflər həmçinin yaxın gələcəkdə bu layihələrin qloballaşdırılması və UWW ilə əməkdaşlıq çərçivəsində digər ölkələrdə də tətbiqinə şərait yaradılması ətrafında fikir mübadiləsi aparıblar.