Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan" səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfransında görüşü belə dəyərləndirib:
"Çempionlar Liqasında çıxış edən "Sabah"a qarşı oynamaq xoş oldu. Meydanda döyüşmək istəyirdik, lakin komandamız hələ tam komplektləşməyib. Biz də qələbə qazanmaq istəyirik, amma qarşıda nə olacağını bilmirik. Növbəti görüşlərdə öz oyunumuzu göstərməyə çalışacağıq - hardasa alına bilər, hardasa yox".
Ukraynalı mütəxəssis komandanın ev oyunlarını Naxçıvanda keçirməməsi məsələsinə də toxunub:
"Hazırda bizim üçün ən vacib olan komandanın tam formalaşmasıdır. Yayda əsas heyətin 11 futbolçusu komandadan ayrılıb və biz kollektivi çox qısa vaxt ərzində yığmışıq".


