"Sabah" basketbol klubu amerikalı oyunçu Hassani Qravettin komandaya qayıtdığını rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı basketbolçu ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzalanıb.
Daha əvvəl iki mövsüm Bakı təmsilçisinin formasını geyinən Qravett bu müddətdə iki dəfə Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün, bir dəfə isə final seriyasının ən dəyərli oyunçusu (MVP) seçilib.
Son olaraq İtaliyanın "Kantu" klubunda çıxış edən basketbolçu yenidən "Sabah"ın uğurları üçün çalışacaq.


