Braziliyalı hücumçu Vitor Roque 2024-cü ilin qışında "Barselona"ya keçidi barədə xatirələrini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Roque 18 yaşında "Barselona"ya transfer olunduğunu və bu klubda oynamağın onun üçün bir arzu olduğunu bildirib. O qeyd edib ki, İspaniyaya ciddi ağrılarla gəlib:
"Barselonaya keçidim mənim üçün bir xəyal idi. Amma hər şey bir qədər çətin oldu. Ayaq biləyimdəki dartılmanı hələ "Atletiko Paranaense"də əməliyyat etdirməli idim, lakin bu baş vermədi. Güclü ağrılarla gəldim. O dövrdə fizioterapiya alırdım, özümü ən yaxşı vəziyyətə gətirməyə çalışırdım, amma sonda heç nə alınmadı. Futbolumu ən yüksək səviyyədə göstərə bilmədim və düşünürəm ki, bu, mənim yolumun bir hissəsi idi. Bilirəm ki, hər şey Allahın yazısıdır. Orada istədiyim kimi olmadı, hər şey gözlədiyimdən fərqli inkişaf etdi. Sonra "Betis"ə keçdim, amma orada da tam potensialımı göstərə bilmədim. Bu gün "Palmeyras"da özümü yaxşı hiss edirəm, sanki evimdəyəm. İnsanlar mənə çox dəstək oldular və şükürlər olsun ki, xoşbəxtəm" – deyə Roque vurğulayıb.


