İspaniyalı sabiq hakim Pablo Qonsales Füertes "Real Madrid"in "Alaves"lə La Liqa qarşılaşmasında baş verən penalti epizoduna münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 86-cı dəqiqədə madridlilərin yarımmüdafiəçisi Cud Bellinqem rəqib cərimə meydançasında Nikolas Valentini ilə mübarizədə yerə yıxılıb. Baş hakim Sesar Soto Grado əvvəlcə penalti qərarı versə də, VAR-a baxdıqdan sonra qərarını dəyişib və Bellinqemə simulyasiyaya görə ikinci sarı vərəqə göstərib.
Füertes bildirib: "Penalti yox idi və ingilis futbolçuya göstərilən ikinci sarı vərəqə düzgün idi. O, ayağını geri çəkdi, heç bir kontakt olmadı. Hakimin köməkçisi düzgün qərar verdi".


