"Mançester Yunayted"in azarkeşləri Premyer Liqanın 12-ci turunda "Brentford"la oyundan əvvəl yaşıl və qızılı rənglərdə pankart açıblar.

Offsideplus.az xəbər verir ki, bu rənglər klubun 1902-ci ilə qədər "Nyuton Hit" adı ilə çıxış etdiyi dövrə aiddir.

Pankartda yeni baş məşqçi Maurisio Poçettinoya müraciət yer alıb: "Xoş gəlmisən, Poç! Evimizi xilas et, sahiblərimizi yox".

"Mançester Yunayted" son 14 oyunda cəmi bir qələbə qazanıb və hazırda Premyer Liqada 19-cu pillədə qərarlaşıb. Komanda turun sonunda sonuncu yerə düşə bilər.