Fransa millisinin mərkəz oyunçusu Viktor Vembanyama yığmada çıxışına ciddi yanaşdığını bildirib. Gənc ulduz, milli komandanın 2027-ci il dünya çempionatının final mərhələsinə yüksəlməsindən sonra mövqeyini bir daha təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, Vembanyama açıqlamasında bunları deyib: "Təbii ki, turniri səbirsizliklə gözləyirəm. Əsas məqsədim Fransa yığması ilə bütün titulları qazanmaqdır. Unutmamalıyıq ki, burada Olimpiadaya vəsiqə də gündəmdədir. ABŞ yığmasını hər il məğlub etmək üçün bütün imkanlarımız var. Əvvəlki nəsil bunu qrup mərhələsində bacarmışdı. Fransa millisinin hər turnirdə yalnız çempionluq hədəfi var."