"Virtus" 2026-cı maliyyə ilini 15 milyon avro zərərlə başa vurub.

Offsideplus.az xəbər verir ki, klubun maliyyə vəziyyətini sabit saxlamaq üçün sahibi Massimo Zanetti birbaşa müdaxilə edib və il ərzində zərərləri şəxsi vəsaiti hesabına ödəyib. "Virtus" ötən il 14,6 milyon avro gəlir əldə etsə də, xərcləri 29,3 milyon avroya çatıb. Gələn il üçün də proqnozlar nikbin deyil: xərclər azaldılsa da, klubun büdcəsi 22 milyon avro təşkil edəcək və 10 milyon avro zərər gözlənilir. Zanetti klubun 99,7 faizinə sahibdir və əsas maliyyə mənbəyi olaraq qalır. O, ötən mövsüm ərzində münasib təklif olacağı halda komandanı satmağa hazır olduğunu da etiraf edib. Hazırda "Virtus" EuroLeague-də 6 qələbə və 8 məğlubiyyətlə 15-ci pillədə qərarlaşıb.