Fransanın tanınmış sabiq futbolçusu Jerom Roten "PSJ"nin qapıçısı Luka Şevalyenin Matvey Sofonovla rəqabətdə üstün ola biləcəyinə inanmır.

Offsideplus.az xəbər verir ki, Roten bu barədə belə danışıb: "Şevalye özündən razılıq nümayiş etdirdi. Sofonov isə ilk gündən, hətta qurtarış etməsə belə, müdafiəçilərə inam verirdi. Şevalyedə bu keyfiyyət yox idi. Elə bil, Şevalye qapıda olanda qapı daha böyük görünürdü".