Basketbol üzrə Azərbaycan yığmasının kiçikdən böyüyə bütün formalarını artıq almaq olar.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının "JanavariX Store" adlı mağazası işə düşüb. Mağaza "ExpoSport Azerbaijan 2026" idman sərgisində ilk müştəriləri ilə görüşüb.

Satış nöqtəsində millinin rəsmi ev və səfər formaları, köynəklər, fərqli dizaynlarda şərflər, açarlıqlar, pinlər və başqa ləvazimatlar yer alır. Geyimlər 67–87 AZN civarında təklif olunur.

"JanavariX Store" sərgi müddətində 28 noyabr saat 10:00-dan 18:30-a qədər Bakı İdman Sarayında fəaliyyət göstərəcək. Bundan əlavə, Azərbaycan Basketbol Liqası oyunlarında da azarkeşlər bu məhsulları əldə edə biləcəklər.

View this post on Instagram

A post shared by OFFSIDE (@offsidecaps)