Misli Premyer Liqasında XIII tura "Qarabağ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi son 5 oyunda qələbə qazana bilməyib.

"Sumqayıt"da isə bu seriya 4 matçdır.

Görüş saat 17:00-da başlayacaq.

MPL, XIII tur

29 noyabr (bazar)

17:00 “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Azersun Arena”