"Vaşinqton" rəhbərliyi baş məşqçi Brayan Kifin vəzifəsindən azad olunduğunu açıqlayıb. Klubun bəyanatında komandanın yeni liderlə yola davam etməsinin vacibliyi vurğulanıb.

Offsideplus.az xəbər verir ki, istefa qərarı "Orlando"ya 91:116 hesabı ilə məğlubiyyətdən bir neçə saat sonra verilib. Həmin qarşılaşmada "Vaşinqton" böyük fasiləyə 30 xal geridə yollanıb. Bundan əvvəl isə "Boston Seltiks"lə oyunda ilk hissədən sonra 31 xal fərqlə geri düşən "Vaşinqton" ardıcıl iki matçda belə böyük fərqlə geridə olan ilk NBA komandası olub. Klubun açıqlamasına əsasən, mövsümün sonuna qədər baş məşqçi səlahiyyətlərini Adam Kaporn icra edəcək. Yanvar 2024-də Ues Anseld Cünioru əvəz edən Kif, "Vaşinqton"da 50 qələbə və 174 məğlubiyyətlə liqada bu dövrün ən zəif nəticəsinə imza atıb. Ən azı 200 oyun keçirmiş baş məşqçilər arasında Kifin qələbə faizi (22,4%) NBA tarixində ən aşağı göstəricidir. Uzunmüddətli yenidənqurma dövründə rəhbərlik etdiyi komandadan bu mövsüm Tre Yanq, Entoni Deyvis və birinci seçim AJ Dibanconun gəlişi ilə daha rəqabətli çıxış gözlənilirdi. Lakin 4:3 başlanğıcından sonra "Vaşinqton" son 13 oyunun 10-da uduzub və əksər matçlarda mübarizə aparmaq şansı olmayıb.