Portuqaliyalı hücumçu Kriştiano Ronaldu "Əl-Nəsr"in ardıcıl 100 oyunda qol vurması barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 13-cü turunda "Əl-Nəsr" "Əl-Həzm" üzərində 1:0 hesablı qələbə qazanıb. Komandanın yeganə qoluna yarımmüdafiəçi Samu Koşta imza atıb. Bununla da "Əl-Nəsr" ardıcıl 100 çempionat oyununda qol vurmaqla dünya rekordu müəyyənləşdirib. Ronaldu sosial şəbəkədə yazıb: "Möhtəşəm qələbə və üstəlik, liqada ardıcıl 100 oyunda qol vurmuşuq. Bu uğurun bir hissəsi olduğum üçün qürur duyuram".
Qeyd edək ki, 41 yaşlı Ronaldu Səudiyyə Ərəbistanı liqasında 119 oyunda 111 qol vurub.


