"Çelsi" rəhbərliyi baş məşqçi Xabi Alonsonu istefaya göndərmək niyyətində deyil.

Offsideplus.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, komandanın son uğursuzluqlarına baxmayaraq, "zadəganlar"ın rəhbərliyi ispaniyalı mütəxəssisi tam dəstəkləyir. London klubu Alonsonun uzunmüddətli layihəsinə hələ də inanır və vəziyyəti düzəltmək üçün ona lazım olan vaxtı verməyə hazırdır.

Qeyd edək ki, Xabi Alonso ötən yay "Çelsi"nin sükanı arxasına keçib. İngiltərə Premyer Liqasında keçirilən 12 oyundan sonra 16 xal toplayan London təmsilçisi turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. "Mavilər" çempionatdakı son beş matçın dördündə məğlub olublar. İspaniyalı çalışdırıcının klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.