"Miluoki Baks"ın mərkəz oyunçusu Maylz Törner "Oklahoma Siti Thunder"lə qarşılaşmada dizindən aldığı zədə səbəbindən oyunu davam etdirə bilməyib.

Offsideplus.az xəbər verir ki, Törner üçüncü hissədə "Oklahoma Siti Thunder"in müdafiəçisi Edcey Mitçellə toqquşduqdan sonra meydançanı köməkçilərin dəstəyi ilə tərk edib. O, 15 dəqiqə ərzində 8 xal və 3 ribaundla yadda qalıb. "Miluoki Baks" bu oyunda "Oklahoma Siti Thunder"i 119:111 hesabı ilə məğlub edib.