Zak Lavin haqqında yayılan "Sakramento"dan ayrılmaq istədiyi ilə bağlı şayiələrə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, amerikalı müdafiəçi sosial şəbəkədə paylaşım edərək bu iddiaları əsassız adlandırıb. "Biz elə bir dövrdə yaşayırıq ki, heç bir nüfuzu və mənbəsi olmayan media qurumları insanların fikrinə təsir edə bilir... Əgər bunu məndən və ya nümayəndəmdən eşitməmisinizsə, deməli, bunlar cəfəngiyyatdır. ZL8", – deyə Lavin qeyd edib.
Qeyd edək ki, 31 yaşlı basketbolçu bu mövsüm 16 oyunda orta hesabla 20,3 xal, 3,8 ribaund və 2,6 assistlə çıxış edir. Onun hazırkı müqaviləsi üzrə illik məvacibi 48,9 milyon dollardır və bu, son mövsümüdür.


