Bavariya"nın qapıçısı Manuel Noyer bir gün az tanınan futbolçunun həyatını yaşamaq istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, azarkeşlərlə görüşdə Noyer hansı futbolçu ilə bir günlüyə həyatını dəyişmək istədiyini açıqlayıb. "Mən nisbətən az tanınan futbolçunu seçərdim. Ola bilsin, hələ diqqət mərkəzinə düşməyən gənc oyunçunu, çünki belə olanda daha az tanınırsan, səni az adam tanıyır. Gənc futbolçuların üstünlüyü odur ki, istədiklərini edə bilirlər", – deyə Noyer vurğulayıb.