"Napoli"nin prezidenti Aurelio De Laurentiis 2026 Dünya Çempionatının təşkilatçılığından təsirləndiyini bildirib.

Offsideplus.az xəbər verir ki, De Laurentiis FİFA prezidenti Canni İnfantinonun işini öz baxış bucağına uyğun yerinə yetirdiyini vurğulayıb. "Əvvəllər ona qarşı sərt münasibətim var idi, amma Dünya Çempionatının stadionlarında hər şeyin necə yüksək səviyyədə təşkil olunduğunu görəndə fikrimi dəyişdim və dedim: 'Yox, təslim oluram, etiraf etməliyəm ki, o, işini yaxşı görür'," – deyə De Laurentiis qeyd edib.