Niderland futbolunun əfsanəsi Rud Qullit VAR sisteminin hazırkı vəziyyəti ilə bağlı narazılığını ifadə edib.
Offsideplus.az xəbər verir ki, Qullit müasir futbolda VAR qərarlarını gözləməyin oyunun ab-havasını pozduğunu bildirib. "Qol vurduqda sevinə bilmirsən, gözləməlisən. Bu, mənə heç xoş gəlmir. VAR hələ də səhvlərə yol verir. Bunu "Mançester" derbisində gördük. Qərar inanılmaz idi və hələ də başa düşə bilmirəm ki, necə qolu hesaba ala bildilər. Laynsman Holandın qolunda haqlı idi və bu, ən üzücü məqamdır. Hakim bu məsələdə söz sahibi deyildi. O, kənara çıxıb laynsmanla danışmalı və VAR-dan videonu göstərməsini istəməli idi. Bu, gülünc qərar idi. Ümid edirəm, belə hallar bir daha təkrarlanmaz, amma futbolda tam dəqiqliyə nail olmaq mümkün deyil. Məncə, VAR-ın indiki işləmə qaydası fəlakətdir", – deyə Qullit vurğulayıb.
O, əlavə edib ki, əvvəlki dövrdə də hakim səhvləri olurdu və futbolçular bununla barışmalı olurdular. "İndi isə mütəxəssislər kompüter qarşısında oyunu təkrar izləyir, amma yenə də səhvlər davam edir. Bu, futbola zərbədir və belə vəziyyətə düşməməli idik", – deyə Qullit fikrini yekunlaşdırıb.


