İspaniyanın sabiq qapıçısı Santyaqo Kanisares "Real Madrid"in hücumçusu Vinisius Juniorun çıxışını sərt şəkildə tənqid edib.
Offsideplus.az xəbər verir ki, Kanisares hazırda Vinisiusun komandaya verdiyindən daha çox ziyan vurduğunu bildirib: "Düşünürəm ki, hazırda o, komandadan daha çox alır, nəinki fayda verir, özü də kapitan sarğısı ilə. Komandada qaçmayan bir oyunçu ola bilər, amma iki nəfər buna yol vermək olmaz. Əgər daha birini əlavə etsəniz, bu, sadəcə dəhşət olar. Belə yanaşma komandaya zərər vurur, müdafiəçiləri cərimə meydançasında müdafiə olunmağa, yarımmüdafiəçiləri isə müdafiə xəttinə çəkilməyə məcbur edir və bu, işləmir" – deyə Kanisares vurğulayıb.


