Azərbaycanl Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət “Turan” klubu hazırlıqlara davam edir. 

 Offsideplus.az xəbər verir ki, klubun Tovuzda keçiriləcək "Mladost"a qarşı ilk oyun çərçivəsində Tovuz Olimpiya Kompleksində həm texniki, həm də təşkilati istiqamətdə bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.

Belə ki, infrastruktur yenilənməsi son mərhələdədir, tribunaların görünüşü və azarkeşlərin rahatlığı, arenanın müasirləşdirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Matçdan öncə xüsusi açılış proqramı keçiriləcək və azarkeşləri və ictimaiyyəti bir sıra sürprizlər gözləyir. Zalda xüsusi işıq effektləri, yeni müasir tablolar və böyük monitorlar quraşdırılır.

Azarkeşlər üçün kompleksin ətrafında da oyun günü xüsusi aktivliklər keçiriləcək. Qonaq komandanın qarşılanması, yerləşdirilməsi, hərəkətinin təşkili və digər zəruri xidmətlər üçün xüsusi proqram hazırlanıb. Bu standartlar avrokubok oyunları ilə yanaşı Azərbaycan Super Liqasında da tətbiq olunacaq.

Artıq heyətin qurulması tamamlanıb. Komanda hazırlığını Avropada davam etdirir və burda bir neçə yoldaşlıq oyunu nəzərdə tutulub. 

Qeyd edək ki, “Turan” Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" kollektivi ilə qarşılaşacaq. İlk qarşılaşma oktyabrın 20-si Tovuzda keçiriləcək.