Almaniya millisinin yarımmüdafiəçisi Yozua Kimmix 2026 Dünya Çempionatında komandasının mübarizəni dayandırmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, o, erkən vida ilə bağlı bunları söyləyib:

"Bu, mənim üçün ən ağır məğlubiyyət oldu. Artıq üçüncü dəfədir belə bir hal baş verir, amma bu dəfə fərqli rolda idim və hər şeyi daha ağır yaşadım. Baş verənləri dərk etmək üçün zamana ehtiyacım oldu. Geri baxanda, bu üç dünya çempionatından kənar qalmaq karyeramın bir hissəsidir. Onları dəyişmək mümkün deyil. Amma gələcəkdə hər şeyin fərqli olması üçün əlimdən gələni edəcəyəm. Enerjimi və diqqətimi məhz buna yönəldirəm. Azarkeşlərə yenidən sevinc bəxş etmək üçün hər şeyi edəcəyik. İstəyirik ki, insanlar yenidən milli komandanın oyunlarını izləməkdən zövq alsınlar – təkcə dünya və Avropa çempionatlarında yox, bütün oyunlarda. Azarkeşlərin komandaya dəstək verməsini, onunla fəxr etməsini və özlərini Almaniya ilə eyniləşdirməsini istəyirik. İnsanlara Almaniya ilə qürur duymaq üçün səbəb vermək arzusundayıq".

Qeyd edək ki, Almaniya yığması turnirin 1/16 final mərhələsində Paraqvayla qarşılaşıb və penaltilər seriyasında 1:1 (3:4) hesabı ilə uduzub.