Offsideplus.az "Sabah" klubunun basketbolçusu Frenki Filderin AzB.az saytına verdiyi müsahibəni sizə təqdim edir:

- Yeni komanda ilə bağlı fikirlərin necədir? 

- Yeni komandamla bağlı nikbin fikirdəyəm. İşlər düzgün istiqamətdə qurulub. Baş məşqçinin rəhbərliyi altında basketbolçular yeni sistemə uyğunlaşmaq üçün çalışırlar. Onun meydanda bizdən nə istədiyini başa düşürük. Azərbaycan, Bakı haqqında isə təəsüratlarım gözəldir. Məlum olduğu kimi həftə sonu Formula 1 yarışı olacaq. Bu möhtəşəm hadisədir. Çempionlar Liqasında mübarizə aparmaq mənim üçün çox vacibdir. Bu mənada komandanın düzgün istiqamətdə irəliləməsi mənim seçimimə öz təsirini göstərdi.   

- Litvadakı təlim-məşq toplanışı ilə bağlı nə deyə bilərsən? 

- Litvadakı təlim məşq toplanışı bizim üçün çox vacib idi. Komandada oyunçuların bir-birini başa düşməsi, uyğunlaşması, idman formasını artırması əhəmiyyətlidir. Bu səbəbdən bizim üçün bu toplanış böyük bir təcrübə oldu. Hazırlıq çərçivəsində ilk oyunda basketbolçular bir qədər həyəcanlı idi. Çünki ilk dəfə idi ki, burlikdə oynayırdıq. İkinci qarşılaşmada isə komandamız həm müdafiədə həm də hücumda daha yaxşı oynadı. Komanda olaraq oyunumuzda irəliləyiş hiss olunurdu. Biz hansı səviyyəyə çatmaq istədiyimizi məhz bu oyunda göstərə bildik. Üçüncü oyunda mən oynamasam da komanda çox yaxşı təsir bağışladı. Baş məşqçinin göstərişlərini meydanda reallaşdırmağa çalışan komanda gördük. Müdafiədən hücuma keçərkən yaxşı oynadıq. Nisəbtən Jalgirisə qarşı oyunda komanda istədiyi oyunu mübarizəni sərgiləyə bilmədi. Lakin son iki dəqiqəni düzgün mübarizə apardıq. Yekun olaraq biz bu toplanışdan nəticə çıxardıq, nələrsə öyrəndik. Bizim üçün böyük təcrübə oldu. Biz bu təcrübədən yararlanaraq yeni mövsümdə komandamız üçün faydalı olacağını düşünürəm.

- Çempionlar Liqasında rəqiblərinizlə bağlı nə fikirləşirsən? 

- Çempionlar Liqasında rəqiblərimiz çox güclüdür. Çətin qrupa düşmüşük. Amma bizim yaxşı baş məşqçimiz və oyunçularımız var. Komanda olaraq yaxşı təşkil olunmuşuq. Ona görə də biz çətin rəqiblərə qarşı mübarizə apara bilərik. Əsas odur ki, oyunlara özünə inam hissi ilə çıxaq. Çünki biz özümüzə inanmalıyıq. Hər oyunda qələbə qazanacağımıza inanaraq çıxmalıyıq.