Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Şəhər Halqasında "BCC F1 Weekend Run" qaçış tədbiri keçirilib.

Offsideplus.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun da qatıldığı tədbirdə təxminən 250 iştirakçı yer alıb.

Saat 22:00-da start götürən yürüşdə iştirakçılar bolidlərin hərəkət istiqamətində trekin 6 kilometrlik tam dövrəsini qət ediblər.

Sağlam həyat tərzinin təşviqi və yarış həftəsi ərəfəsində birlik ab-havasının yaradılması məqsədilə təşkil olunan qaçışda əsas diqqət nəticəyə deyil, idmana olan sevgiyə və iştiraka yönəldilib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək.