Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında VIII turun oyunları başa çatıb və IX turun təqvimi bəlli olub.

Offsideplus.az xəbər verir ki, VIII turda kişilərdən ibarət Azərbaycan millisi Hindistanla 2:2 hesablı heç-heçə edib. Qadınlardan ibarət yığmamız da Argentina ilə görüşdə eyni hesabla barışıq bağlayıb - 2:2.

Bu nəticələrdən sonra 8 tur üzrə xal hesabını 13-ə çatdıran kişi şahmatçılarımız 5-ci, 11 xalı olan qadın millimiz isə 21-ci pillədə qərarlaşıb.

Bu gün keçiriləcək IX turda kişilərdən ibarət komandamız Ermənistanla, qadın şahmatçılarımız isə Çexiya yığması ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.