Ulduz futbolçu sürücülük hüququndan məhrum edilib.
Mauro İkardinin sürücülük hüququ ilə bağlı qalmaqal yeni mərhələyə qədəm qoyub və onun vəsiqəsi 2099-cu ilə qədər dayandırılıb.
Offsideplus.az xəbər verir ki, hər şey futbolçunun həyat yoldaşı Çina Suaresin hərəkət edən avtomobilin pəncərəsindən kəmərsiz şəkildə əyilərək çəkdiyi videonun yayılmasından sonra başlayıb.
- Qayda pozuntusu aşkarlandı: Hakimiyyət orqanları yayılan görüntülərdən sonra İkardinin Argentinada etibarlı sürücülük vəsiqəsinə malik olmadığını müəyyən ediblər.
- Şok müddət: Tətbiq edilən bu sərt qadağa başa çatanda argentinalı hücumçunun 105 yaşı olacaq.



