Formula 1 üzrə Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş gününə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən hər iki sınaq yürüşündə "Mersedes"in britaniyalı pilotu Corc Rassell ən yaxşı nəticəyə imza atıb.

Günün ilk yarısında baş tutan birinci sərbəst yürüşdə Rassell birinci olub. "Red Bull"un sürücüsü Maks Ferstappen ikinci, "Ferrari"nin pilotu Şarl Lekler isə üçüncü pillədə qərarlaşıb.

Ikinci sərbəst yürüşdə də Corc Rassell liderliyini əldən verməyib. Bu dəfə onun komanda yoldaşı Andrea Kimi Antonelli ikinci nəticəni göstərib, Maks Ferstappen isə ilk üçlüyü tamamlayıb.

Qeyd edək ki, əsas yarış sentyabrın 26-da baş tutacaq.